Dağlıq Qarabağdan olan 10 mindən çox məcburi köçkün Ermənistanı tərk edib.
SİA-nın erməni saytlarından əldə etdiyi məlumata görə, bunu Artsaxın keçmiş “dövlət naziri” Artak Beqlaryan “APRI Ermənistan” analitik mərkəzinin “Qeyri-müəyyənlik şəraitində irəliləyiş” konfransında deyib.
O, məcburi köçkünlərin Ermənistanda əminlik görməsinin vacibliyini qeyd edib.
Çoxları Ermənistanı tərk edə bilər, amma onlar qala da bilərlər və bunun üçün şərait yaradılmalıdır.
...Ən əsası problemin humanitar yox, siyasi olduğunu anlamaqdır. Nəticələrə deyil, səbəblərə baxmaq lazımdır.
Beqlaryan məsuliyyətin həm Ermənistan hakimiyyəti, həm də beynəlxalq təşkilatların daşıdığını bildirib.
Qeyd edək ki, “dövlət naziri” Ermənistan hökumətində strateji hədəfin olmamasından şikayətlənib. Onlar assimilyasiya yolunu seçdilər və mən istərdim ki, insanların öz vətənlərinə ən azı yüksək muxtariyyət səviyyəsində beynəlxalq zəmanətlə qayıtsınlar..?
Necə deyərlər, hay qayıtdılar aaa...
Nazlı