“Sofiya Rotaru həm yaxşı müğənni, həm də normal insandır”

25 Oktyabr 2023 18:45 (UTC+04:00)

Müğənni Nadejda Babkina bildirib ki, hazırda həmkarı Sofiya Rotaru Rusiya ilə Ukrayna arasındakı münaqişə səbəbindən “mühasirə vəziyyətindədir”.

SİA-nın əldə etdiyi məlumata görə, ifaçı bu barədə “Belə deyəcək” verilişində danışıb.

Babkinanın sözlərinə görə, bundan əvvəl o, Rotaru ilə əlaqə saxlayırdı, lakin indi “təhlükə var” deyə sənətçilər bir müddət əlaqəni kəsiblər.

...Ona icazə verilmədiyi üçün bizim sola konsertə də gələ bilmədi. Onu buraxmadılar. Halbuki biz Ukrayna dilində “Çervona Ruta” oxumalı idik.

Babkina deyib bunu.

Qeyd edək ki, Babkina Sofiya Rotarunu çox sevdiyini də dilə gətirib.

...O, həm yaxşı müğənni, həm də normal insandır. Sadəcə normal ünsiyyət qurmaq lazımdır.

Yeri gəlmişkən 2023-cü ilin yayında mediada Rotarunun bir ildən çox İtaliyada yaşayan oğlu, gəlini və nəvəsi ilə xaricdə yaşadığı barədə xəbərlər yayıldı. Müğənninin xaricdə ev alıb, onu oğlu Ruslan Evdokimenkonun adına rəsmiləşdirdiyi deyilir.

Nazlı