Məşhur sima yaz-yay kolleksiyasını təqdim edib - FOTOLAR

25 Oktyabr 2023 17:17 (UTC+04:00)

Məşhur xarici "Loewe" moda evinin kreativ direktoru Conatan Anderson 2024-cü ilin yaz-yay kolleksiyasının reklam kampaniyasını təqdim edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, çəkilişdə 88 yaşlı Meqqi Smitlə yanaşı Dakota Fanninq, Coş OKonnor, Qreta Li və başqaları iştirak ediblər.

Fotolar Yurgen Teller tərəfindən çəkilib.

Xatırladaq ki, M.Smit "Harri Potter" filmlər seriyasında "Minerva Makqonaqall" rolu ilə məşhurlaşıb.