Aygün Bəylər xəstəxanaya yerləşdirildi - FOTO

25 Oktyabr 2023 15:13 (UTC+04:00)

Əməkdar artist Aygün Bəylər xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu haqda şair Nazilə Səfərli paylaşım edib. O, hazırda xəstəxanada olan xanəndə ilə fotosunu yayımlayaraq, “Tez sağalın, əvəzsiz sənətkar” şərhini yazıb.

A.Bəylərin prodüseri açıqlamasında muğam ifaçısının səhhətinin yaxşı olduğunu bildirib. O əlavə edib ki, A.Bəylər bəzi dərmanların qəbulu üçün xəstəxanaya gedib.

Qeyd edək ki, bir müddət əvvəl xanəndədə xərçəng aşkarlanıb. O, daha sonra müalicə olunduğunu və sağaldığını deyib