Almaniyada Azərbaycan rejissorunun filmi təqdim olunub

25 Oktyabr 2023 13:05 (UTC+04:00)

Almaniyanın Münhen şəhərində fəaliyyət göstərən Yəhudi Mədəniyyət Mərkəzində Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan "Ana duası" filminin təqdimatı keçirilib.

SİA-nın məlumatına görə, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.

Filmin qəhrəmanı Oğuzda doğulmuş, hazırda İsraildə yaşayan, Azərbaycan diasporunun fəallarından biri, ravvin Şmuel Simantovdur.

Filmin rejissoru Rüfət Əsədovdur. Sözügedən film onun dağ yəhudiləri haqqında yeddinci filmidir.