Məşhur reper 3 milyon tələb edir

24 Oktyabr 2023 17:14 (UTC+04:00)

Məşhur rus reper Eqor Oleqoviç Rakitin "Varner Music"dən 185 milyon rubl (təxminən 3 milyondan çox manat) tələb edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rakitin 2022-ci ilə qədər qüvvədə olan müqavilə üzrə ödənişi almadığı üçün Moskva Arbitraj Məhkəməsində iddia qaldırıb.

Qeyd edək ki, oktyabrın 23-də Rakitin internetdəki paylaşımları ilə narkotiki təbliğ etdiyi bildirilib və yoxlanılacağı barədə məlumat yayılıb. Məsələ ilə bağlı araşdırma başladılıb.