“Azərbaycanda dilin, ədəbiyyatın və incəsənətin inkişafı dünyaya məlumdur" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

24 Oktyabr 2023 17:13 (UTC+04:00)

“Azərbaycanda dilin, ədəbiyyatın və incəsənətin inkişafı bütün Türk dünyasına və ümumən dünyaya məlumdur. Ona görə ki, Azərbaycan qədim dövrlərdən böyük bir mədəniyyət və incəsənət ölkəsi olub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi də bütün bunları nəzərə alaraq özünün xüsusi konsepsiyasını hazırlayır. Bunun üçün də Azərbaycanda mədəniyyətin müxtəlif sahələri üzrə mütəxəssislərin iştirakı ilə forumlar keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Nizami Cəfərov deyib.

Deputat bildirib ki, forumlar görkəmli mütəxəssislərin iştirakı, panel iclasları və aparılan müzakirələrlə yadda qalır: ”Musiqi sahəsində də Azərbaycan müxtəlif janrları əhatə edən incəsənətə malikdir. Xalq musiqisindən başlayaraq professional musiqinin müxtəlif növləri ölkəmizdə inkişaf edib.

Musiqi forumunun keçirilməsi də həm ölkədə musiqi ilə bağlı qazanılan nailiyyətləri əhatə edir, həm də perspektivləri müəyyənləşdirir. Eyni zamanda peşəkarlıq səviyyəsinin artırılması istiqamətində hansı problemlərin olduğu ortaya çıxarılır və həlli istiqamətində işlər görülür”.