“Hazırda AMEA-nın saxlanması üçün 230 milyon manat vəsait ayrılıb. Təbii ki, AMEA-da dəyişiklikləri müşahidə edə bilirik. Xüsusilə idarəetmədə daha çeviklik və büdcənin idarə edilməsində şəffaflıq var. Ümumilikdə elmə ayrılan vəsait dünyanın müxtəlif ölkələrində fərqlidir. Məsələn ABŞ 511 milyon dollar elmə vəsait ayırıb və elmin ümumdaxili məsulda çəkisi 2.74 faizdir. Azərbaycanda isə bu göstərici 0,16 faiz təşkil edir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.
K.Əsədov bildirib ki, AMEA-dan qısa müddət ərzində ciddi irəliləyiş gözləmək düzgün deyil: “Belə ki, AMEA-nın əvvəlki illərdə büdcəsi çox aşağı olub, amma bununla bərabər onun Azərbaycan elmində kifayət qədər rolu var.
Hər 10 min nəfərə düşən tədqiqatçıların sayında da hazırda dəyişiklik müşahidə etmək mümkündür. AMEA-da edilən son dəyişikliklərdən sonra isə inkişaf daha da sürtələnib”.