“Regionun taleyi ilə bağlı məsələlər regionda müzakirə olunmalıdır” - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

24 Oktyabr 2023 13:21 (UTC+04:00)

“XİN rəhbərlərinin 3+3 formatında görüş keçirməsi çox önəmlidir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.

Deputat sözlərinə belə davam edib: “Əslində, cənab Prezident dəfələrlə bu mövzu barədə öz fikirlərini bildirib. Biz hesab edirik ki, regionun taleyi ilə bağlı məsələlər regionda müzakirə olunmalıdır. Bu məsələlər xaricə çıxarılmalı deyil. Məsələləri burada müzakirə edib bölgənin gələcəyi ilə bağlı qərarlar qəbul edə bilərik.

Bu mənada, İranda bu görüşün keçirilməsi və belə müzakirələrin aparılması çox vacibdir. Bu görüşdə bir çox mühüm bəyanatlar səsləndirildi. Azərbaycan növbəti dəfə öz mövqeyini ifadə etdi. Hesab edirəm ki, bu görüşdən sonra yenə müxtəlif görüşlər keçiriləcək. Biz də müxtəlif istiamətlərdə irəliyə doğru addım ataraq nəticələr əldə edəcəyik”.

Ayşən Vəli