Naxçıvanda Data Mərkəzi inşa ediləcək

24 Oktyabr 2023 09:54 (UTC+04:00)

Naxçıvan Muxtar Respublikasında (Naxçıvan şəhərində) müasir standartlara uyğun olaraq Tier-3 səviyyəli Data Mərkəzi inşa ediləcək.

SİA bu barədə Naxçıvan Şəhər Rabitə İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, artıq binanın layihələndirilməsi istiqamətində işlərə başlanılıb. Layihə gələn il martın 1-nə qədər hazır olmalıdır.