Məşhur serialın çəkilişində gərginlik yaşandı - FOTO

24 Oktyabr 2023 05:50 (UTC+04:00)

"Yalı çapkını" serialının qəhrəmanları Mert Ramazan Dəmirlə Afra Saraçoğlu çəkiliş zamanı mübahisə edib. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, cümə günü Koç Universitetinin xəstəxanasındakı çəkilişlərdə aktyorlar bir-birinə səslərini qaldırıblar. Rejissorlar Burcu Alptekin və Alptekin Bozkurt mübahisəyə müdaxilə edərək aktyorları sakitləşdirib. Bir müddət çəkilişlərə fasilə verilib.

İddia olunur ki, Saraçoğlu ilə Dəmir bir müddətdir danışmırlar.