Aktrisa Sədəf Şahin özünü tanınmaz hala saldı - FOTOLAR

24 Oktyabr 2023 04:45 (UTC+04:00)

Hazal Kaya və Cağatay Ulusoyun baş rollarda çəkildiyi "Adını Feriha qoydum" serialında Cansu obrazını canlandıran aktrisa Sədəf Şahin özünü tanınmaz hala salıb. Son olaraq "Diriliş Ərtoğrul"da Mariya rolunu oynayan Sedef Şahinin son obrazı gündəm olub. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, aktrisa 20 kq arıqlayıb, eyni zamanda bir sıra estetik əməliyyatlar keçirib.

31 yaşlı aktrisanın inanılmaz dəyişimi izləyicilərini də heyrətləndirib. Çoxu onun sosial mediada paylaşdığı fotolara "Adını estetik qoydum" kimi rəylər yazıb.