"Rəhimin dəfnində timsah göz yaşları tökürdü" - VİDEO

24 Oktyabr 2023 01:49 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, ARB-də yayımlanan “O üz” proqramının növbəti buraxılışı mərhum müğənni Rəhim Rəhimliyə həsr olunub. SİA xəbər verir ki, verilişin qonağı olan Xalq artisti Faiq Ağayev mərhum həmkarı Rəhim Rəhimlinin ən böyük düşməni, onu uçuruma aparan şəxsdən danışıb. O, ad çəkməsə də bildirib ki, o insan Rəhimlinin məhv olması üçün əlindən gələni edib:

"Rəhimin dəfnində timsah göz yaşları tökürdü, halbuki onun ən böyük düşməni həmin insan idi. Ən böyük düşməni! Bu barədə dəfndən sonra da danışdım. Müsahibəmdə demişdim ki, onun həyatını puç etməyə çalışan, vaxtını ona sərf edən insanlar nə əcəb gəlib onun dəfnində timsah göz yaşlarını tökürlər", - Xalq artisti qeyd edib.