Müğənni Alla Puqaçova Kiprdə yox, Mayamidə ola bilər. SİA-nın əldə etdiyi məlumata görə, bəzi rus saytları bunu ehtimal kimi göstərirlər.
“...Çox güman ki, Puqaçova uşaqları ilə birlikdə Mayamiyə uçub. Çünki Kristina Orbakaite əri və qızı Klaudiya ilə orada yaşayır və onların orada öz mənzilləri var. Belə görünür ki, onlar bu vəziyyətdə bütün ailənin bir yerdə olmalarını israr ediblər”.
Qeyd edək ki, bunu Divaya yaxın mənbə MK.RU-ya bildirib.
Onun sözlərinə görə, Puqaçova və uşaqları İsraildə yoxdurlar. Mənbənin bildirdiyinə görə, Maksim Qalkin “çox yaxşı ata və ərdir” və təbii ki, onları risk zonasında buraxmayacaq.
Nazlı