Hər cür quru öskürəyin təbii müalicə üsulları

23 Oktyabr 2023 21:16 (UTC+04:00)

Evdə tətbiq edə biləcəyiniz quru öskürək üçün ən yaxşı üsulları bir-biri sayırıq. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Evdə ən sürətli öskürək kəsən içkilər bunlardır:

• Alma çayı. Tərkibindəki C vitamini sayəsində alma çayı tənəffüs yollarını narahat edən bəlğəmi yumşaldır ki, bu da öskürəyə qarşı yaxşı gəlir.

• Süd. Qızdırılmış südə bal əlavə etməklə boğazda qıcıqlanma və öskürəyin qarşısını almaq olur. İsti süd boğazı sakitləşdirir və öskürəyi azaldır.

• Zəncəfil çayı. Toz halında olan zəncəfil 1 stəkan qaynadılmış suya tökülür, üzərinə darçın və mixək əlavə edilərək 5-6 dəqiqə dəmlənilir. Zəncəfil çayına bal əlavə etməklə öskürəyin tez kəsilməsinə nail olmaq mümkündür.

• Bunlardan başqa, itburnu, heyva, çökə, adaçayı, nanə, ekinezya çayları, badam-portağal şirəsi, zəncəfil-darçın qarışıq çay, qara bibərlə bal, tut və üzüm bəkməzləri, turp və bal qarışığı da öskürəyin qarşısını sürətlə almağa kömək olur.