Lavrov da İrana getdi

23 Oktyabr 2023 17:15 (UTC+04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İranın paytaxtı Tehrana səfər edib. SİA Rusiya mediasına istinadən xəbər verir ki, Lavrovun təyyarəsi Tehranda yerə enib.

O, burada Cənubi Qafqaz üzrə “3+3” formatında keçiriləcək iclasda iştirak edəcək. Xatırladaq ki, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov da sözügedən iclasda iştirak etmək üçün bu gün İrana izgüzar səfər edib.