Kolumbiyalı aktrisa və model Aleksandra Villyafanye 35 yaşında Boqotada vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Vilyafanye 2014-cü ildə milli müsabiqədə "Miss Earth Columbia" titulunu qazanıb və bu ona ölkəsini beynəlxalq gözəllik müsabiqəsində təmsil etmək hüququ verib. Model həmin vaxt yarımfinala yüksəlib.
Aleksandranın ölümünə səbəb ötən yay ona qoyulan xərçəng diaqnozu olub. Model iki dəfə bu səbəbdən əməliyyat keçirib.