Media nümayəndələri Sincan İncəsənət İnstitutunda və avtomobil zavodunda olublar - FOTOLAR

23 Oktyabr 2023 13:21 (UTC+04:00)

Çin Xalq Respublikasının Azərbaycan səfirliyinin təşəbbüsü ilə "Bir kəmər, bir yol" layihəsinin 10 illiyi münasibətilə media nümayəndələrinin Çin səfəri davam edir. SİA xəbər verir ki, 12 media təmsilçisinin iştirak etdiyi səfər çərçivəsində Çinin 3 şəhərində tanışlıq və müxtəlif görüşlər keçiriləcək.

KİV nümayəndələri ilk olaraq Çinin Urumçi şəhərinə gəliblər və burada Urumçi Planlaşdırma Muzeyini ziyarət ediblər. Daha sonra onlar "Terrorla mübarizə və radikalizmlə mübarizə" mövzusunda sərgilərə tamaşa ediblər.

Media nümayəndələri Çində Sincan İncəsənət İnstitutunda da olublar. Çinin mədəniyyəti ilə yaxından tanış olan qonaqlar, həmçinin onların muğamı haqqında da ətraflı məlumata malik olublar. Sonra Azərbaycan nümayəndə heyəti adından qarşı tərəfə ölkəmizin incənətindən, mədəniyyətindən bəhs edən kitab ("Kəlam və kirs", "İrs" jurnalı və s.) təqdim olunub. Ziyarətin sonunda Sincan İncəsənət xadimləri müxtəlif çalğı alətlərində öz milli musiqilərini ifa ediblər.

Azərbaycan nümayəndə heyəti sonra GAC (Guangzhou Automobile Group) Group-un Sincan filialına gələrək burada avtomobillərin hazırlanma prosesi ilə yaxından tanış olublar və onların bir qismi ilə test-drive ediblər.

Bununla belə KİV nümayəndələri Asia Innovative Energy Co. Ltd-ni də ziyarət ediblər.

Xatırladaq ki, səfər oktyabrın 22-dən 30-dək davam edəcək.