Madonna açıqlamalarından sonra ölümlə təhdid edilib

23 Oktyabr 2023 12:43 (UTC+04:00)

Məşhur xarici müğənni Madonna Londonda verdiyi konsertdə İsrail və HƏMAS arasında davam edən münaqişə haqqında danışıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, o, "Hazırda İsraillə Fələstin arasında baş verənlər ürək ağrıdıcıdır və heç kim nə baş verdiyini görmək istəmir. Mən uşaqların motosikletdən atıldığını, qaçırıldığını, körpələrin başlarının kəsildiyini, sülh məclislərində uşaqların güllələndiyini və öldürüldüyünü görürəm. Dünyada nələr baş verir?" - deyə səhnədə çıxış edib.

Madonna sözügedən açıqlamalarından sonra ölümlə təhdid edilib. O, bu səbəbdən təhlükəsizlik tədbirlərini artırıb.