“Ötən ay təqdimatı ilə hər kəsin marağına səbəb olan “iPhone 15” modelləri son günlərdə problemlərlə gündəmə gəlir”. Bu sözləri SİA-ya açıqlamasında SMM Manager (Sosial Media Marketing Mütəxəssisi) Murad Yazimov deyib.

Mütəxəssis sözlərinə belə davam edib: “Apple” yeni modelləri tanıtdığına peşman oldu desək yeridir. Belə ki, satışa çıxarılan yeni modellərin istifadəçilər tərəfindən cihazların həddindən artıq isinmə şikayətləri oldu. Hətta bəzi istifadəçilər cihazlarının istiliyinin 38 dərəcəni keçdiyini bildirdi. Artan şikayətlərdən sonra "Apple", yeni iPhone-lardə olan isinmə probleminin proqram təminatı ilə əlaqələndiyini və düzəldiləcəyini bildirdi. Əlavə olaraq şirkət iOS 17-nin təminatında və üçüncü tərəf proqramların sistemə yüklənməsi nəticəsində çox işləməsinə görə də ilk zamanlarda işinə biləcəyini açıqladı.
Bununla yanaşı iOS 17-də bəzi istifadəçilərə təsir edəcək bir xəta olduğunu və bunun da yeniləmə ilə aradan qaldırılacağını bildirdi. Ama yaranan problem və gələn şikayətlər bununla bitmir.
İstifadəçilər tərəfindən yeni iPhone modellərinin səs sistemindən də şikayətlər alındı. Cihazda yüksək səslə musiqi dinləmək istəyən istifadəçilər səslərdə pozulmalar yaşandığına görə “Apple Store”yə üz tutdular. "Apple", alınan şikayətləri qəbul edib cihazları dəyişsə də bu problem dəyişdirilən cihazlarda da yaşanmağa davam etdi. Amma şirkət tərəfindən bu səs problemi ilə bağlı bir açıqlama olunmayıb.
Bu problemlərin ardınca fərqli şikayətlər gəlməyə davam etdi. Belə ki, fərqli istifadəçilər tərəfindən yeni İphone modellərində “Ekran Yanğısı” adlanan problemin də olduğu bildirildi. İstifadəçilər ekran görüntüsündə pozulmalar, qrafik pozulmaları və pixel problemləri olduğunu bildirdi. Mütəxəssislərdən bəziləri bunun proqram təminatına görə olduğunu və yeniləmələr ilə aradan qaldırılacağını, bəziləri isə paneldə istifadə olunan piksellərə görə olduğunu bildirsə də hələ də rəsmi açıqlama gəlməyib”.
Ayşən Vəli