Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi yekunlaşır

23 Oktyabr 2023 08:13 (UTC+04:00)

İnternat və internat tipli təhsil müəssisələrinin xüsusi siniflərinə müəllimlərin işə qəbulu üzrə vakansiya seçiminə başlanılıb. Bu barədə SİA-ya Təhsil İnstitutu nəzində İnsan Resursları Mərkəzindən məlumat verilib.

Vakansiya seçimi oktyabrın 23-ü saat 17:00-dək davam edəcək. Vakansiya seçimində iştirak etmək istəyənlər institutun saytında göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.