Pərəstişkarları Can Yamanı İtaliyadan qovdu

22 Oktyabr 2023 07:14 (UTC+04:00)

İtaliyada qısa müddətdə məşhurlaşan türkiyəli aktyor Can Yaman pərəstişkarını itələdiyinə görə qınaq obyektinə çevrilib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədə birmənalı qarşılanmayan hərəkətə italyanlar sərt reaksiya verib.

Bir çox pərəstişkarı "Bura İtaliyadır, burada belə bir şey edə bilməzsən” və ya "Can Yamanın İtaliyadan getməsini istəyirik” kimi şərhlər yazsa da, bununla bağlı rəsmi açıqlama verilməyib. Yaman isə instagram hesabında " bu şəxs məni narahat etdi. İcazəsiz mənə toxundu və mən buna etiraz etdim. İcazə almadan, salam belə vermədən şəkillərimi çəkdi" deyərək özünə haqq qazandırıb.