Məşhur türk müğənni İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak Tatlısəs Qəzzada xəstəxanaya atılan raket nəticəsində həyatını itirənlər üçün Türkiyədə 3 günlük milli matəm elan edilməsinə etiraz edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dilan sosial şəbəkədə paylaşım edib. Belə ki, Matəm səbəbindən onun konserti təxirə salınıb.
Dilan, "Matəm səbəbi ilə təsirlənən yeganə sektor niyə musiqi olmalıdır? Evləndirmək, təmizlik, yemək proqramları hələ də efirdə verilir. Musiqi sektorunda olanlar üçün işləmək lüks hesab olunur? Əgər milli matəmdirsə, onda televizorda təqdim olunan bütün yayımlara tətbiq olunmalıdır" deyə paylaşım edib.
Müğənninin paylaşımı sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub. İradların ardından o, yenidən paylaşım edib: "Mən konsertlər dayandırılmasın demədim. Matəmdirsə, bütün millət tutmalıdır. Təkcə müğənnilər deyil, futbol da televizorda yayımlanmamlıdır. Yoxsa başqa cür ədalətsiz şəkildə milli matəm adlandırılır".