Madonna bu dəfə də Türk dizayneri seçdi - FOTO

20 Oktyabr 2023 06:09 (UTC+04:00)

Dünya ulduzu Madonna növbəti dəfə türk dizayner Dilarə Fındıkoğlunun geyimlərinə müraciət edib. SİA xarici mətbuata əsasən xəbər verir ki, pop kraliçası Londonda start götürən "The Celebration" adlı dünya turu zamanı yenə öz ənənəsini pozmayıb və Fındıkoğluna məxsus səhnə geyimi ilə fotosunu paylaşıb.