54 yaşlı Amerikalı ulduz Cennifer Lopez siması olduğu alt paltarı brendi üçün yenidən kamera qarşısına keçib. SİA xəbər verir ki, o, əməkdaşlıq etdiyi alt paltarının markasının yeni kapsul kolleksiyasını təqdim edib. Müğənni və aktrisa yeni xəttin həmmüəllifi olub və reklam kampaniyasında rol alıb.
Kolleksiyaya Lopezin doqquzuncu studiya albomu olan "This Is Me Now" adı verilib. 54 yaşlı müğənni qeyd edib ki, o, musiqisindən və yaradıcılığından ilham alır, həm də zərif alt paltarılarınıl sevir. Lopez mətbuata açıqlamasında bildirib ki, alt paltarı seçiminə diqqətli yanaşır:
"Alt paltar dərin intim bir şeydir, özünü azad və gözəl hiss etdirən bir sarılmadır. Zərif və yumşaqdır, eyni zamanda özünə inamı ortaya qoyur".
Kapsul üç əsas rəngdə ipək və krujeva büstqalterləri, qısa tumanlar, bodilər, sabahlıqlar, pijama dəstləri və xalatlardan ibarətdir. Onların hər biri Lopezin şəxsi üslubunun fərqli cəhətlərini əks etdirir: qara zərifliyi, şampan rahatlığı, yaşıl rəng isə onun vəhşi təbiətini təmsil edir.