Məşhur avstraliyalı model Qabrielle Epşteyn Fələstinlə münaqişədə İsraili dəstəklədiyi üçün təhdidlərlə üzləşib. SİA xəbər verir ki, bu barədə model instaqramda məlumat paylaşıb. 29 yaşlı model fikirlərini bildirdikdən sonra ona qisas və təhdid xəbərləri gəlməyə başlayıb. Belə ki, o, təhdid olunduğu mesajın skrinşotu yayımlayıb.
“Sənin vaxtın çox yaxında gələcək. Və bu dəfə dünya sənə palatadan kömək etməyəcək” , - mesajda qeyd olunub. Öz növbəsində model anonim istifadəçinin açıqlamasına cavab verib: "Holokostda 32 ailə üzvünü itirmiş biri kimi mənim sadəcə sözüm yoxdur". Məlumat üçün bildirək ki, ötən günlərdə İsraillə münaqişədə Fələstinə dəstək verən amerikalı model Cici Hadidin ailəsinin də anonim təhdidlərə məruz qaldığı bildirilib. TMZ-yə yaxın mənbələrin məlumatına görə, modelin bacısı Bella və qardaşı Ənvər, həmçinin onların valideynləri Məhəmməd və Yolandaya e-poçt və sosial şəbəkələrdə qisas motivli məktublar göndərilib.