Fidan küveytli həmkarı ilə danışıqlar apardı

18 Oktyabr 2023 16:40 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan küveytli həmkarı Şeyx Səlim Abdullah əl-Cabir əs-Sabahla görüşüb. SİA xəbər verir ki, bu barədə Türkiyə XİN X-də paylaşım edib.

Görüş hər iki nazirin Səudiyyə Ərəbistanına səfəri çərçivəsində Ciddə şəhərində baş tutub.

Tərəflər qarşılıqlı maraq doğuran mövzuları müzakirə ediblər.