"Türkiyədə xeyli sayda Qərbi Azərbaycandan didərgin düşmüş əhali yaşayır. Elə hesab edirik ki, həmin insanların da öz ata-baba yurdlarına qayıtmaq kimi haqq və hüquqları var. Bu bizim məsələmizdir və eyni zamanda, Türkiyənin vəzifəsidir. Çünki onlar bu gün Türkiyə vətəndaşlarıdır". SİA xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sədri jurnalistlərə açıqlamasında deyib.
Sədr Qərbi Azərbaycan İcması yaranan gündən Türkiyə Cumhuriyyətindən qonaqlarının olduğunu və dəstək gördükərini ifadə edib: "Biz qardaş ölkənin nümayəndələrinə Qayıdış Konsepsiyası haqqında, qarşımızda duran vəzifələr haqqında ətraflı məlumatlar vermişik. Bu gün isə qonağımız Türkiyə Böyük Millət Məclisinin baş katibi Talib Uzun olacaq və biz hörmətli qonağımızla bu yöndə müzakirələr aparacağıq".