"Dünyam uçub, siz şər-böhtan, reytinq haqqındasınız" - Jurnalist Türkan Məmmədli

18 Oktyabr 2023 07:38 (UTC+04:00)

Tanınmış jurnalist Türkan Məmmədli intihar edən həyat yoldaşı Orxan Məmmədli ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. SİA xəbər verir ki, o, bu barədə özünün instaqram hesabında paylaşım edib.

"Faciəmdən reytinq tutanlara haqqımı halal etmirəm. Orxanı sevib ailə qurmuşam, gözəl ailəm olsun deyə daima çabalamışam. İki gözəl oğlumuz var, rəsmən boşanmamışdıq. Onun vəfatı mənə çox ağır gəlir. İnsanlığınız olsun, qoyun dərdimi çəkim. Dünyam uçub, siz şər-böhtan, reytinq haqqındasınız. Orxanın ruhunu incitməyin” - T.Məmmədli yazıb.