Maksim Qalkin mühakimə olunacaq

17 Oktyabr 2023 17:53 (UTC+04:00)

Moskvanın Qolovinski rayon məhkəməsi komediya aktyoru Maksim Qalkinə münasibətdə xarici agentlər haqqında qanunun pozulması ilə bağlı protokolu qeydə alıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə məlumat məhkəmə materialında yer alıb.

Müğənni Alla Puqaçovanın əri Maksim Qalkin Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 19.34-cü maddəsinin 2-ci hissəsinə əsasən 50 min rubla qədər cərimələnə bilər. Bu maddə xarici agentlərin fəaliyyəti ilə bağlı prosedurların pozulmasına aiddir.

Qeyd edək ki, Qalkinin Rusiya Ədliyyə Nazirliyinə vaxtında hesabat təqdim etmədiyi bildirilir ki, bu da xarici agentlər üçün məcburi tələbdir.

Nazlı