"Xalqı etnik təmziləməyə məruz qalmış bir prezident üçün Ermənistana sülh təklif etmək elə də asan məsələ deyildi". SİA xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sahib Alıyev deyib.
Deputat sözlərinə belə davam edib: "Bu həm də qarşı tərəf üçün bir lütfdür. Bunu bir dövlətin başında duran güclü sərkərdə edir. Bu o sərkərdədir ki, Ermənistanın altını üstünə çevirməyə qadir olduğu halda buna getməmişdir".
Ayşən Vəli