Türkiyə Radio və Televiziya Qurumunun (TRT) Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə bağlı təşkil edəcəyi tədbirlər “Qəzzada insanlıq faciəsi” səbəbindən daha sonrakı tarixə təxirə salınıb. SİA bu barədə Tükiyə saytlarına istinad edir.
TRT-nin verdiyi açıqlamada “TRT Qəzzada baş verən insanlıq faciəsi səbəbilə bütün hazırlıqları tamamlanan Cümhuriyyətin 100-cü ildönümü şənlikləri çərçivəsində təşkil edəcəyi əyləncə yönümlü konsert və şouları daha sonrakı tarixə təxirə salıb” deyilib.
Təxirə salınmış konsertlərin, şouların və digər tədbirlərin tarixləri daha sonra elan ediləcək.