"Dünya gözəli" yarışmasının təmsilçisi vəfat etdi

16 Oktyabr 2023 17:21 (UTC+04:00)

Uruqvayı "Dünya gözəli" yarışmasında təmsil edən Şerika de Armas vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, iki ildir xərçənglə mübarizə aparan Şerika 26 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, o, yarışda 2015-ci ildə - hələ 18 yaşı olarkən iştirak edib.