Məşhur simanı sevgilisi bu hala saldı - FOTOLAR

16 Oktyabr 2023 16:56 (UTC+04:00)

Məşhur türk sima Aybike Çelik "Yüzyüzeyken konuşuruz"un bas gitaristi Can Tunaboyludan şiddət gördüyünü açıqlayıb. SİA xarici mətbuata istinadənxəbər verir ki, Aybike bu barədə sosial media hesabında paylaşım edib.

Belə ki, o, bədənindəki izləri göstərib: "3 avqust keçmiş sevgilim tərəfindən fiziki şiddətə məruz qalmışam. 13 gün qırıq qol və gözüm göy halda evdə qaldım. Küçəyə yalnız onun konserti olan gün çıxa bildim. Həmin gün qrupdakılara və menecerlərinə gözümü göstərdim. O, səhnədə olanda üzümdəki makiyajı silib onlara hər şeyi göstərməyə çalışdım. Amma bunları uzaqdan görüb, üstümə gələrək burada istənmədiyimi dedi. Bu səbəbdən məruz qaldığım şiddəti, qırıq olan qolumu və gözümdəki göyərməni onlara tam deyə bilmədim. Yaşadığım şok və Stokholm sindromu səbəbindən yenidən ona sığındım.

Şiddət gördüyüm üçün xəstəxanaya aparılmadım. Evdə psixoloji şiddətlər davam etdi. Qolumdakı sınıq bəsit tibbi müdaxilə ilə keçə bilməyəcəyi üçün hüquqi proses başladılmışdı. Lakin mənə təsir edən odur ki, bütün bunlara baxmayaraq buna səbəb olan şəxs heç nə olmamış kimi həyatına davam edir. Bu, əsəblərimi pozur. Aylardır bu hüquqi proseslər üçün əmək sərf edirəm. Paylaşdığım şəkillərdə şəxsin mənən zamanla yaşatdığı şiddətin nəticəsidir. Bu, bir dəfə yox, 6 aydır davam edir".

Məsələ ilə bağlı paylaşım edən musiqiçi iddiaları təkzib edərək, hüquqi proses bitdikdən sonra açıqlama verəcəyini deyib.