ÜST-nin göndərdiyi humanitar yardım bu gün Qəzza zolağına çatdırıla bilər

16 Oktyabr 2023 11:28 (UTC+04:00)

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) göndərdiyi humanitar yardım Misir vasitəsilə bu gün Qəzza zolağına çatdırıla bilər.

SİA xəbər verir ki, bu barədə ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.

Onun sözlərinə görə, tibbi ləvazimatların olduğu ÜST təyyarəsi oktyabrın 14-də Rəfah bölgəsinə çatıb: “Biz bu gün onları Qəzzaya çatdırmaq üçün tərəfdaşlarla işləyirik”.