“Viaqra” qəbul edən kişi... kor olub

15 Oktyabr 2023 17:46 (UTC+04:00)

İranda 32 yaşlı kişi “Viaqra” qəbul etdikdən sonra kor olub. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Journal of Medical Case Reports” məlumat yayıb.

Hadisənin İranın paytaxtı Tehranda baş verdiyi bildirilir. Kişi 100 mq miqdarında potensialı artırmaq üçün dərman qəbul etdi.

Qeyd edilir ki, bu, icazə verilən maksimum dozadır. Amma, normal doza iki dəfə az hesab olunur. Dərmanı qəbul etdikdən təxminən üç saat sonra kişi qəfildən kor olub.

Tehran Tibb Universitetinin mütəxəssisləri xəstənin sağ gözünü qanla təmin edən arteriya və venada qan laxtalandığını müəyyən ediblər.

Bu, retinanın şişməsinə səbəb olub.

Onu da qeyd edək ki, həkimlərin görmə qabiliyyətini bərpa etmək cəhdləri heç bir müsbət nəticə verməyib.

Nazlı