Alim Qasımov və Fərqanə Qasımova konsert verəcək

15 Oktyabr 2023 08:44 (UTC+04:00)

Xalq artisti Alim Qasımov və qızı əməkdar artist Fərqanə Qasımova konsert proqramı ilə sevənlərinin görüşünə gəlməyə hazırlaşır. SİA-nın əldə etdiyi məlumata görə, konsert dekabr ayının 5-i Heydər Əliyev sarayında baş tutacaq.

Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operası əsasında qurulan "Leyli və mən" adlı konsertin bədii rəhbəri Tural Məmmədlidir.