Məşhur sənətçi vəfat etdi

14 Oktyabr 2023 09:24 (UTC+04:00)

Kinosevərlərin sevdiyi obrazlara həyat verən xarici komiks rəssamı və yazıçı Keyt Giffen 70 yaşında dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, "Rocket Raccoon"un yaradıcısı, Marvelin "Qalaktikanın mühafizəçiləri" film seriyasının ulduzu və DC superqəhrəmanı "Mavi böcək"in yaradıcısı Keyt Giffen bazar ertəsi insult keçirərək dünyasını dəyişib.