Məşhur amerikalı musiqiçi vəfat edib

14 Oktyabr 2023 05:39 (UTC+04:00)

Məşhur amerikalı musiqiçi Bak Trent vəfat edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, 85 yaşında dünyasını dəyişən sənətçinin ölüm səbəbi isə açıqlanmayıb.

Qeyd edək ki, Bak Trent kantri musiqisinin əfsanəvi simalarından biri hesab olunur. O, karyerası ərzində bir çox mükafat və fəxri adlara layiq görülüb.