Dünyaca məşhur amerikalı müğənni Lana Del Rey musiqi yaradarkən qara sehrdən istifadə etməkdə ittiham edilib.
...Deyirlər ki, o mahnıları ilə pərəstişkarlarına cinlər aşılayır və bundan sonra onu dinləyənlər qəribə davranmağa başlayırlar.
Qeyd edək ki, netizenlər (...qeyd edim ki, netizenlər İnternetin inkişafına fəal şəkildə töhfə verməyə çalışan bir şəxs kimi təsvir olunur-A.B.) onun son konsertində baş verənlərə başqa izahat tapa bilməyiblər. Belə ki, onu izləyən pərəstişkarlarından biri onun ifası zamanı bütün tamaşaçıların eyni vaxtda huşunu itirərək rəqs meydançasına domino daşları kimi səpələndiyi video yayımlayıb.
Netizenlər Lananın “şeytan gücü” ilə bağlı olduğuna əminlik bildiriblər. Məhz buna görə də, netizenlərdən biri İncilə istinad edərək, hamıya müğənnidən və onun işindən uzaq durmağı tövsiyə edib.
SİA-nın əldə etdiyi məlumata görə, ona qarşı irəli sürülən ittihamları nəzərdən qaçırmayan Lana, Müqəddəs Kitabı çox yaxşı bildiyini bəyan edib.
Nazlı