UNEC Səudiyyə Ərəbistanı Krallığında akkreditasiyadan keçib

12 Oktyabr 2023 18:47 (UTC+04:00)

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Səudiyyə Ərəbistanı Krallığında akkreditasiyadan keçib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, UNEC-dən bildirilib ki, universitetin rektoru professor Ədalət Muradov ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfiri İssam bin Saleh əl-Cuteyli arasında keçən görüşdə akkreditasiyadan sonra yaranmış əməkdaşlıq imkanları müzakirə olunub.

Xatırladaq ki, UNEC Yunanıstanda da akkreditasiyadan keçib.