Məşhur türk sima Mehmet Əli Ərbilin özündən 40 yaş kiçik nişanlısı Gülseren Ceylan ayrılıq iddialarına cavab verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qadın çıxan xəbərləri yalanlayaraq, xoşbəxt olduqlarını bildirib.
O, "Ərbil evlilik müqaviləsini imzalamaq istəmir. Bu qərarına hörmətlə yanaşıram. Bu qısa müddətli münasibət deyil. Mənim üçün isə yaşın heç bir fərqi yoxdur. Ərbili 66 yaşında görmürəm. O, aramızdakı yaş fərqini mənə hiss etdirmir və çox xoşbəxtik. Ailəsi də münasibətimizi dəstəkləyir. Heç kim mənfi reaksiya bəsləmir. Onsuz da Ərbil kimdənsə məsləhət alan biri deyil" deyə bildirib.