"Heydər Əliyev Azərbaycanın xilaskarı, xalqın qoruyucusudur" - Zərifə Quliyeva

12 Oktyabr 2023 12:42 (UTC+04:00)

"Ulu Öndər barədə aylarla, illərlə danışsaq belə yetməz. Onun haqqında bir söz demək özü də böyük məsuliyyətdir. Uıu Öndər Azərbaycanın xilaskarıdır. Bu, əməl faktlarla da göstərilib". SİA xəbər verir ki, bu sözləri YAP Qaradağ rayon təşkilatının təşkilatçılığı ilə "Heydər Əliyev -100: Qurtuluşdan Zəfərə gedən yol" mövzusunda keçirilən elmi-praktik konfransda “Modern ailə və inkişaf” İctimai Birliyinin sədri Zərifə Quliyeva deyib.

Z.Quliyeva xatırladıb ki, 1960-1980-ci illərdə Ulu Öndərimizin Sovetlər Birliyinin rəhbərliyi tərəfindən Mərkəzi Komitənin katibi təyin olunduqda Azərbaycan aclıq içində boğulurdu: "Demək olar ki, regionları xəstəliklər bürümüşdü. O, hakimiyyətə gəldikdə ilk növbədə iqtisadiyyatı yüksək səviyyəyə qaldırdı. Daha sonra Azərbaycanda artıq təhsilə, tibbə xüsusi fikir verilməyə başlandı. Yəni, Ulu Öndər fəaliyyətinə çoxşaxəli rəhbərlik dövrü ilə başladı. Ulu Öndəri həm öz içimizdə, həm də xaricdə olan mənfur qüvvələr Azərbaycandan uzaq salmaq fikrində idilər. Amma Onu Vətəndən uzaq salmaq baş tuta bilməzdi. O vaxtlar Ulu Öndəri ancaq yüksək vəzifələrə aparmaq olardı. Heydər Əliyev həmin dövrdə də sınmadı, sınmazdı da. O həmişə deyirdi ki, tarixi unutmaq olmaz, tarixi təkrarlamaq lazımdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanın tarixini yazdı.

Xalqın təkidi ilə Azərbaycana gəldikdə söylədi ki, əgər yeni Azərbaycan yaradacağıqsa, xalqıma köməyə gəlirəm. Nəticədə, Ulu Öndər Azərbaycan dövlətini və xalqını xilas etdi.

Ləman Sərraf