Acundan qalmaqallı sözlər - VİDEO

12 Oktyabr 2023 07:50 (UTC+04:00)

O sistemin içindən gəldiyim üçün iş həyatına fərqli baxışım var. Müxbir olanda səhər yeddidə qalxıb işə gedirdim. 1 saat 15 dəqiqə yol gedirsən, sonra işə çatırsan. Bu həyatı yaşadığım üçün bu həyatı insanlara yaşatmamağa qərar verdim. Məsələn, öz şirkətimdə yaşatmıram. SİA xəbər verir ki, bu sözləri Tv8 kanalının rəhbəri, tanınmış aparıcı Acun Ilıcalı Candan Tolqanın verilişinə qonaq olarkən deyib. O, bildirib:

"Birincisi, erkən qalxmağı kim tapdı? Deyim, 1940-cı ildə. O zaman televizya yox idi, axşam da maraqlana bildiyin bir şey yox idi. Saat 5-də evə gələndən sonra hava qaralır. Nə edə bilərsən? Yatacaqsan. İnsanlar o dönəmlərdə 6-7-də yatırlarmış. Ən geci 8-ə qalmış. 8-də yatdığın üçün səhər 5-də yuxudan dururdular. 5-də yuxudan durduqdan sonra da işə gedə bilərsən. Necə də normal görünür, elə deyilmi?

Sonra illər keçdi, dünya inkifaş etdi, fəaliyyətlər başladı. O dönəmdə öncə kinoteatrlar fəaliyyətə başladı, ondan sonra televiziyalar açıldı. İndi gəldiyimiz nöqtəyə baxın. Normal bir insanın yuxuya getmə saatı neçədir? 11-də. Reytinq cədvəlini əzbər bildiyim üçün ona əsasən insanların nə zaman yatdığını da bilirəm. İnsanlar saat 10:50-dən başlayaraq yuxuya getməyə başlayırlar, 12-dən sonra daha möhkəm yuxuya gedirlər. İnsanların normal yuxu rejimi 8 saatdır. Səhər durub uşağına baxsa, saat 9 olacaq. Ona görə soruşuram, biz niyə erkən qalxırıq? Burada məntiq varmı, məncə, yox. Oyatmayın insanları, yatsınlar, səhər 10, 11-də işə başlat. İş 11-də başlasa, biz nə itiririk?

Burdan hər kəsə səslənirəm. Bunun dəyişməsi lazımdır. Təklif edirəm ki, referendum keçirsinlər. Xalqımızdan soruşaq. Mən öz işçimi yuxudan səhər tezdən qaldırmıram. Mən də, işçilərim də səhər tezdən oyanmır. Yanlışdır, köhnədən qalıb".