“Həkimlərimizi tanıyın!” rubrikamızda Sizlərə xoş, mehriban rəftarı, eyni zamanda uğurlu əməliyyatları ilə pasiyentlərin hörmətini və rəğbətini qazanmış yüksəkixtisaslı həkim, ümumi cərrah, t.f.d. Aynur Səfiyevanı təqdim edirik. SİA xəbər verir ki, dr. Aynur Səfiyeva Mərkəzi Gömrük Hospitalında ümumi cərrahi xidmətlər, cərrahi və konservativ qastroenterologiya, kolorektal cərrahiyyə, funksional və endoskopik müayinələr, cərrahi proktologiya və FQDS kolonoskopiya daxil olmaqla bütün növ endoskopik müdaxilələri həyata keçirir. Həkim barədə daha ətraflı məlumat almaq üçün bu linkə daxil ola bilərsiniz: https://customshospital.az/aynur-sefiyeva/#.
Dr.Aynur Səfiyeva 1997-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsini fərqlənmə diplomu ilə bitirib, 1997-1998-ci illərdə Ə.D. Məlikov adına 6 saylı Birləşmiş Şəhər Xəstəxanasında internatura keçib. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Cizan şəhərində ümumi cərrahiyyə üzrə rezidentura proqramını bitirib. Dr.Aynur Səfiyeva əmək fəaliyyətinə 1998-ci ildə Ə.D Məlikov adına 6 saylı Şəhər Kliniki Xəstəxanasında ümumi cərrah kimi başlayıb. 2004-2007-ci illərdə Səudiyyə Ərəbistanının Abu-Ariesh Mərkəzi Hospitalında ümumi cərrah-proktoloq, 2007-2009-cu illərdə MediClub Klinikasında konsultant-koloproktoloq kimi çalışıb. Dr.Aynur Səfiyeva 2009-cu ildən Mərkəzi Gömrük Hospitalında ümumi cərrah kimi çalışır. Dr.Aynur Səfiyeva tibb elmləri doktorluq dərəcəsi almaq üçün “Kolorektal poliplərdə kök hüceyrələrinin klinik əhəmiyyəti” mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib.
Dr.Aynur Səfiyeva 2009-cu ildə Türkiyənin Ankara Tibb Universitetində kolorektal cərrahiyyə, 2008-2011-ci illərdə Avstriyanın Zalsburq şəhərində Açıq Tibb Universitetində təcili cərrahiyyə və travma üzrə ATLS kursunda, 2012-ci ildə İtaliyanın Modena şəhərində Nuovo Ospedale S. Agostino Esfence de Baggiovarada laparoskopik kolorektal cərrahiyyə kursunda, 2013-cü ildə Türkiyənin İstanbul Universitetinin Cərrahi Endoskopiya şöbəsində anal kanalın fizioloji tədrisi və 2015-ci ildə İstanbul Universitetinin Tibb fakültəsində Obstetrik anal sfinkter zədələnməsi və anorektal ultrasəs müayinəsi kursunda, 2019-cu ildə ABŞ-ın Nyu York şəhərində keçirilən Tibbi Qadınlar Beynəlxalq Assosiasiyasının 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib, 2022-ci ildə Şuşa şəhərində "ŞUŞA İLİ - 2022" çərçivəsində Qarabağ III Beynəlxalq Tətbiqi Elmlər konqresində təqdimatla çıxış edib, Naxçıvan şəhərində keçirilən I Beynəlxalq Tibbi Forumda “Kolorektal poliplərin bədləşməsində xərçəng kök hüceyrələrinin əhəmiyyəti varmı?” mövzusunda təqdimtla çıxış edib, İtaliyanın Roma şəhərində keçirilən “Fecal İncontinence and Obstructed Defecation 2022” mövzusunda Beynəlxalq konqresdə iştirak edib, Azərbaycan Tibb Universitetində III Cərrahi xəstəliklər kafedrasının 100 illiyinə həsr olunmuş “Cərrahi xəstəliklərin diaqnostikası və müalicəsində yeni üsullar” mövzusunda elmi-praktik beynəlxalq konfransda çıxış edib. O, 2023-cü ildə Türkiyənin Antalya şəhərində keçirilmiş 2-ci Beynəlxalq Türk Kolorektal Cərrahiyyə Konqresində və XIX Milli Kolon və Rektal Cərrahiyyə Konqresində iştirak edib.
Dr.Aynur Səfiyeva Avropa Ittifaqının “Qadın böyük qüvvədir” layihəsinin sertifikatı ilə təltif olunub.
O, daim öz üzərində çalışan, dünya səhiyyəsinin ən son nailiyyətlərindən öz təcrübəsində bəhrələnən bir həkimdir. 35-dən çox elmi məqalənin və tezisin müəllifi olan Dr.Aynur Səfiyeva Avropa Koloproktoloji Dərnəyinin Şərq ölkələri üzrə regional təmsilçisidir. Hazırda o, həm də Azərbaycan Kolon və Rektum Cərrahi Cəmiyyətinin və Azərbaycan Milli Elmlər Akademiyasının Əlaqələndirmə Şurasında İşçi Qrupun elmi katibi vəzifələrində çalışır. Dr.Aynur Səfiyeva müntəzəm olaraq yerli və xarici elmi nəşrlərdə məqalələr dərc etdirir. Fərəhləndirici haldır ki, Aynur həkimin həm yerli, həm də nüfuzlu beynəlxalq jurnallarda dərc olunan elmi məqalələrinə çoxlu istinadlar edilir. Onun jurnallarda dərc olunan elmi məqalələrindən əlavə, elmi araşdırmaları xarici ölkələrdə nəşr olunan kitablara da daxil edilir. Belə ki, dünyaca məşhur “Springer” nəşriyyatının çapdan çıxmış “Anal fistula və abses” adlı kitabında Aynur həkimin yazdığı bir paraqraf da yer alıb.
Dr.Aynur Səfiyeva 2022-ci ildə “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” yubiley medalı və 2023-cü ildə “Gömrük Xidməti Əlaçısı” döş nişanı ilə təltif olunub. Aynur Səfiyevanın qəbuluna yazılmaq üçün əlaqə nömrəsi: (012) 404-08-08.