Gömrük sərhəd buraxılış məntəqələrində maarifləndirici təlimlər keçirilib

11 Oktyabr 2023 09:50 (UTC+04:00)

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar-Karantin Xidməti tərəfindən “Astara”, “Biləsuvar”, “Qırmızı Körpü”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Bakı Hövsan Dəniz Ticarət Limanı”, “Liman” və “Dübəndi” gömrük sərhəd buraxılış məntəqələrində (GSBM) COVID-19 yoluxmasına qarşı əks-epidemik tədbirlərə dair maarifləndirici təlimlər keçirilib. Təlimlərə GSBM-lərdə fəaliyyət göstərən bütün xidmət və nəzarət orqanlarının əməkdaşları cəlb olunub.

Təlimlər zamanı COVID-19 infeksiyası haqqında məlumat, yoluxmanın yolları və əlamətləri, həmçinin fərdi qoruyucu vasitələr və onların istifadə qaydaları barədə DGK Tibbi Xidmət İdarəsi tərəfindən hazırlanan "Xüsusi Təhlükəli İnfeksiyalara qarşı əks-epidemik tədbirlərə dair Təlimat"da əks olunan məlumat təqdim edilib.

Təlimlərin mütəmadi olaraq DGK-nın digər strukturlarında da keçirilməsi nəzərdə tutulub.