Məşhur aktyor Şevket Çoruh keçmiş həyat yoldaşı Günay Karacaoğlu ilə eyni serialda rol alacaq. SİA Türkiyə mediasına istinadən xəbər verir ki, məşhurların "Korkma ben yanındayım" adlı serialda tərəf müqabili olacağı məlum olub. Fox tv-də yayımlanacaq layihənin rejissoru Fikrət Reyhan, ssenari müəllifi isə uğurlu ssenarist Erkan Birgörendir.
Ekran işində Şevkət Çoruh mayak gözətçisi Nihata, Günay Karacaoğlu isə Seher obrazına həyat verəcək.
Qeyd edək ki, cütlük 1993-2004-cü illərdə evli olub. Evliliklərindən bir qızı olan Günay Karacaoğlu və Şevket Çoruh boşandıqdan sonra dostluq münasibətlərini qoruyub saxlayıblar. Onlar uzun illərdir ki, “Baba Sahne”də birgə işləyirlər. Şevket Çoruh 2018-ci ildə Özge Turna ilə ailə qurub. Günay Karacaoğlu isə 2022-ci ildə Prof. Dr. O, Saadettin Eskiçorapçı ilə ailə qurub.