Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə 7 milyondan çox tələbə ilə ali təhsildə qeydiyyatdan keçən tələbə sayına görə Avropada birinci yerdədir.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, 2023-2024-cü Tədris İli Açılış Mərasimində iştirak edən Ərdoğan buradakı çıxışında deyib: “Türkiyə 7 milyondan çox tələbəsi ilə ali təhsildə qeydiyyatdan keçən tələbə sayına görə Avropada birinci yerdədir. 198 ölkədən 340 minə yaxın tələbəmizlə dünyanın ən çox beynəlxalq tələbə qəbul edən ilk 10 dövləti sırasındayıq. Ali təhsil sahəsində genişlənməyə paralel olaraq ixtisaslı müəllimlərin də sayını artırmışıq. Ümumi professor-müəllim heyətinin 46 faizinin qadın olması bizim üçün çox məmnunedicidir”.