Bu gün 2023-cü il iqtisadiyyat üzrə Nobel mükafatının qalibinin adı açıqlanıb.
SİA-nın əldə etdiyi məlumata görə, İsveç Kral Elmlər Akademiyası bu il iqtisadiyyat üzrə Nobel mükafatının Amerika Birləşmiş Ştatlarının (ABŞ) Harvard Universitetinin professoru Klaudiya Qoldinə verildiyini açıqlayıb.
Əmək iqtisadiyyatı üzrə ixtisaslaşan 77 yaşlı Qoldin qeyri-bərabərlik və qadınların məşğulluqda iştirakına yönəlmiş araşdırmalarına görə builki mükafata layiq görülüb.