Gürcüstanın Baş naziri Azərbaycan Prezidenti ilə müzakirə etdiyi məsələləri açıqlayıb

9 Oktyabr 2023 11:16 (UTC+04:00)

“Azərbaycan Prezidenti İlham Əliyevlə görüş zamanı Gürcüstanın regionda davamlı sülh və sabitliyə verdiyi dəstəyi bir daha vurğuladıq”.

SİA xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “X” hesabında yazıb.

O bildirib ki, Tbilisi və Bakı əlaqələri gücləndirməyə və iqtisadi artımı dəstəkləməyə diqqət yetirir: “Biz ticarət, enerji, davamlılıq və infrastrukturun inkişafı sahəsində xalqlarımıza fayda vermək üçün birgə imkanları araşdırırıq”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 8-də Gürcüstanda işgüzar səfərdə olub.